Modern.az

Bu gün 11-ci sinif şagirdləri imtahan verir

Bu gün 11-ci sinif şagirdləri imtahan verir

23 May 2017, 08:50

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt  şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirəcək.

Modern.az DİM-ə istinadən xəbər verir ki, monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq.
Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı