Modern.az

Avropa parlamentinin komitə sədri Qarabağa səfər edən deputatlardan DANIŞDI

Avropa parlamentinin komitə sədri Qarabağa səfər edən deputatlardan DANIŞDI

Aktual

22 May 2017, 14:19

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Avropa Parlamentinin deputatlarının Dağlıq Qarabağa icazəsiz səfər etməsinə münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, D.MakAlister Milli Məclisdə keçirdiyi brifinqdə qeyd edib ki, həmin deputatlar Dağlıq Qarabağ ərazisinə öz təşəbbüsləri ilə səfər ediblər.

“Yəni, səfər Avropa Parlamentinin adından olmayıb. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən "referendumu" tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır.

 

Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan o parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır