Mayın 22-də Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb.
Modern.az xəbər verir ki, mayın 11-dən 22-nə qədər 56 ölkənin iştirakı ilə keçirilən yarışlarda idmançılar 886 medal qazanıb. Bunların 269-u qızıl, 267-si gümüş, 350-si bürüncdür. 14 ölkənin komandası Bakıdan medalsız gedir.
Azərbaycan millisi bütün rəqiblərini qabaqlayaraq İslamiadanın qalibi olub. İdmançılarımız 71-i qızıl, 67-si gümüş, 57-si bürünc olmaqla ümumilikdə 162 medal qazanıb. Aktivinə 195 medal yazdıran Türkiyə qızıl əyarına görə (71 qızıl) millimizdən geri qalıb.
İran isə 99 medalla (39 qızıl) üçüncü olub.
Qeyd edək ki, bu gün axşam saat 22:00-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi olacaq.
Ölkələr | qızıl | gümüş | bürünc | cəmi | ||
1 | Azərbaycan | 75 | 50 | 37 | 162 | |
2 | Türkiyə | 71 | 67 | 57 | 195 | |
3 | İran | 39 | 26 | 33 | 98 | |
4 | Özbəkistan | 15 | 17 | 31 | 63 | |
5 | Bəhreyn | 12 | 5 | 4 | 21 | |
6 | Əlcəzair | 7 | 12 | 21 | 40 | |
7 | Mərakeş | 7 | 5 | 15 | 27 | |
8 | İndoneziya | 6 | 29 | 23 | 58 | |
9 | Misir | 6 | 5 | 7 | 18 | |
10 | Qırğızıstan | 4 | 5 | 8 | 17 | |
11 | Səudiyyə Ərəbistanı | 4 | 1 | 6 | 11 | |
12 | İordaniya | 3 | 1 | 11 | 15 | |
13 | İraq | 2 | 7 | 5 | 14 | |
14 | Qazaxıstan | 2 | 5 | 12 | 19 | |
15 | Türkmənistan | 2 | 4 | 7 | 13 | |
16 | Qatar | 2 | 3 | 7 | 12 | |
17 | Nigeriya | 2 | 3 | 1 | 6 | |
18 | Suriya | 2 | 2 | 6 | 10 | |
19 | Tunis | 1 | 3 | 8 | 12 | |
20 | Kamerun | 1 | 2 | 6 | 9 | |
21 | Banqladeş | 1 | 1 | 1 | 3 | |
21 | Seneqal | 1 | 1 | 1 | 3 | |
23 | Qambia | 1 | 1 | 0 | 2 | |
24 | Benin | 1 | 0 | 1 | 2 | |
24 | Qvinea-Bissau | 1 | 0 | 1 | 2 | |
24 | Mozambique | 1 | 0 | 1 | 2 | |
27 | Pakistan | 0 | 3 | 9 | 12 | |
28 | Oman | 0 | 3 | 4 | 7 | |
29 | BƏƏ | 0 | 1 | 3 | 4 | |
30 | Qayana | 0 | 1 | 2 | 3 | |
30 | Surinam | 0 | 1 | 2 | 3 | |
32 | Cibuti | 0 | 1 | 1 | 2 | |
33 | Mali | 0 | 1 | 0 | 1 | |
33 | Uqanda | 0 | 1 | 0 | 1 | |
35 | Əfqanıstan | 0 | 0 | 6 | 6 | |
36 | Kot di Voar | 0 | 0 | 4 | 4 | |
36 | Tacikistan | 0 | 0 | 4 | 4 | |
38 | Malayziya | 0 | 0 | 2 | 2 | |
38 | Yəmən | 0 | 0 | 2 | 2 | |
40 | Livan | 0 | 0 | 1 | 1 | |
41 | Albaniya | 0 | 0 | 0 | 0 | |
41 | Bruney | 0 | 0 | 0 | 0 | |
41 | Burkina Faso | 0 | 0 | 0 | 0 | |
41 | Çad | 0 | 0 | 0 | 0 | |
41 | Qəmər adaları | 0 | 0 | 0 | 0 | |
41 | Qabon | 0 | 0 | 0 | 0 | |
41 | Qvineya | 0 | 0 | 0 | 0 | |
41 | Maldiv | 0 | 0 | 0 | 0 | |
41 | Mavritaniya | 0 | 0 | 0 | 0 | |
41 | Niger | 0 | 0 | 0 | 0 | |
41 | Fələstin | 0 | 0 | 0 | 0 | |
41 | Syerra Leone | 0 | 0 | 0 | 0 | |
41 | Somali | 0 | 0 | 0 | 0 | |
41 | Togo | 0 | 0 | 0 | 0 |
Modern.az