Modern.az

Türk futbolçu İspaniyada “ilin oyunçusu” seçilib

Türk futbolçu İspaniyada “ilin oyunçusu” seçilib

22 May 2017, 17:09

Qalatasaray klubunda müqavilə müddəti bitdikdən sonra İspaniyanın Deportivo klubuna transfer olan Əmrə Çolaq, burada uğurlu mövsüm keçirib.

 

Modern.az xəbər verir ki, istedadlı gənc oyunçu klubun azarkeşləri tərəfindən 2016-2017-ci il sezonunun ən yaxşı futbolçusu seçilib.

Deportivonun klubunun stadionunda reallaşan təqdimetmədə mükafat alan türk futbolçu, burada çox xoşbəxt olduğunu bildirib:


"Etiraf etməliyəm ki, bu kluba keçidim reallaşanda əsas heyətə düşmək baxımından şübhələrim var idi. Lakin hər şey düşündüyümdən də yaxşı alındı. Burada ən çox çətinlik çəkdiyim məsələ dil idi. İndi isə hər şey qaydasındadır”.

Əmrə Çolaq cari mövsümdə Deportivo forması ilə 32 oyuna çıxıb, 3 qol vurub, 8 assist edib.

 

Məcid Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir