Modern.az

Fuad Muradov Avronest PA-nın büro iclasına qatılacaq

Fuad Muradov Avronest PA-nın büro iclasına qatılacaq

Aktual

22 May 2017, 17:41

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə deputatlar Ağalar Vəliyev və Fərəc Quliyev qurumun iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdə olacaqlar.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, Avronest PA-nın İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsi ilə Enerji təhlükəsizliyi komitəsinin birgə iclasında iqlim dəyişikliyi ilə bağlı 2015-ci il Paris Razılaşmasının tətbiqinə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində gənclərin işsizliyinin vəziyyətinə dair müzakirələr aparılacaq, perspektivlər araşdırılacaq. Təşkilati məsələlərə baxılacaq. Sonra nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avronest PA-nın Büro iclasına qatılacaq.

Tədbir çərçivəsində Moldova parlamentinin sədri Andrian Kandu Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Daha sonra Fuad Muradov Moldova parlamentinin komitə sədri Hotineanu Vladimirlə fikir və təcrübə mübadiləsi aparacaq.

Qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsinin həmsədr müavini Ağalar Vəliyevlə Enerji təhlükəsizliyi komitəsinin üzvü Fərəc Quliyev isə Moldovanın nazirləri ilə görüşlərdə iştirak edəcəklər. Deputatlarımız  bütün müzakirələrdə ölkəmizin mövqeyindən çıxış edəcəklər.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür