Modern.az

İslamiadanın bağlanış mərasimi yekunlaşdı - FOTOLAR

İslamiadanın bağlanış mərasimi yekunlaşdı - FOTOLAR

22 May 2017, 23:07

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi yekunlaşıb. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın altı məşhur müğənnisi - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxıblar.

Modern.az-ın məlumatına görə, sonra Tünzalə Ağayeva yan səhnədə “Sürət-2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra o, əsas səhnədə iki mahnı ilə “Birlik” konsertini başa çatdırır: “Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam”.

Konsert stadion üzərində gözəl atəşfəşanlıqla başa çatıb.

Bununla da “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi yekunlaşıb.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?