Modern.az

Münaqişə qanlı sonluqla bitdi

Münaqişə qanlı sonluqla bitdi

Aktual

23 May 2017, 00:00

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb. Basqal qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nağıyev Hacı Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, 1992-ci il təvəllüdlü Qədirov Elçin Əhməd oğlunu bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Elçin Qədirov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat olunub.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hacı Nağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?