Modern.az

Abituriyentlərə verilən müddət bitdi

Abituriyentlərə verilən müddət bitdi

23 May 2017, 00:25

Bu ilin yayında keçiriləcək ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə qeydiyyat üçün verilən müddət  başa çatıb. Modern.az xəbər verir ki, qeydiyyat mayın 22-si saat 23:59-da yekunlaşıb. Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda bu müddətdə  Dövlət İmtahan Mərkəzinin saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməli idilər.

Bundan əlavə, təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilib.

16 mart - 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də (həm cari, həm də əvvəlki illərin məzunları) qeyd olunan tarixədək ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun Regional Bölmələrində yaradılmış SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə biliblər.

Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub