Modern.az

Qatıq və qarabaşaq qarışığı, sağlamlıq üçün UNİKAL VASİTƏ

Qatıq və qarabaşaq qarışığı, sağlamlıq üçün UNİKAL VASİTƏ

23 May 2017, 00:28

İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar və zərərli maddələr yığılır.

Həmçinin düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır. Buna görə də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir kimi olduqca vacib şərtlərdən biridir.

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

Xalq təbabətində orqanizmin təmizlənməsinin bir çox üsulları var. Onlardan biri qatıq və qarabaşaqdan istifadə etməklə həyata keçirilir.

Bir xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür, yağlılıq dərəcəsi az olan 1 stəkan qatığa əlavə olunaraq qarışdırılır. Bu qarışığı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq lazımdır. Səhərlər acqarnına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Qəbul etməzdən əvvəl qarışıq bir qədər isidilməlidir.

Kursun müddəti 14 gündür. Daha effektli nəticə əldə etmək üçün bir ay fasilə verdikdən sonra kursu təkrar etmək tövsiyə edilir.

Qatıq və qarabaşaq ununun qarışığı orqanizmə necə təsir edir?

1. Bağırsaq və damarlar zərərli maddələrdən təmizlənir

2. Maddələr mübadiləsi ilə bağlı problemlər aradan qalxır

3. Mədəaltı vəzin fəaliyyəti yaxşılaşır

4. Qanda şəkərin miqdarı normallaşır

5. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir

6. Piylənməyə qarşı mübarizə aparır

7. Orqanizmin vaxtsız qocalma prosesini ləngidir

Bu vasitə artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlər üçün unikal bir vasitədir.

Göründüyü kimi qatıq və qarabaşaq ununun qarışığını hazırlamaq və tətbiq etmək çox asan, sadə, hər kəs üçün əlçatandır. Ən baçlıcası isə onun heç bir əks göstəricisi yoxdur. Sadəcə ildə bir neçə kurs qəbul edib orqanizmin üzləşəcəyi problemlərin qarşısını vaxtında almaq lazımdır.

 

İlham Cəmiloğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi