Modern.az

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

23 May 2017, 10:29

Xəbər verdiyimiz kimi, ötən gecə ali məktəbələqə yayda – iyulda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

Modern.az saytı Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ümumilikdə 68132 abituriyent ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yay imtahanında iştirak etdəcəyini təsdiqləyib.

Qeyd edək ki, iyulda keçiriləcək I-IV qruplar üzrə ikinci qəbul imtahanı bütün abituriyentlər üçün pulludur.

Modern.az saytı ikici qəbul imtahanına görə, DİM-in hesabına köçürülən vəsaitin həcmini hesablayıb. Hər bir abituriyentin imtahanda iştiraka görə 40 manat ödəniş etdiyini nəzərə alsaq, onda DİM-in hesabına 2 milyon 725 min 280 manat köçürüldüyünü qeyd edə bilərik.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir