Modern.az

Parlamentin yaz sessiyasının sonuncu iclasında 41 məsələ müzakirə ediləcək - SİYAHI 

Parlamentin yaz sessiyasının sonuncu iclasında 41 məsələ müzakirə ediləcək - SİYAHI 

23 May 2017, 10:49

“Milli Məclisin yaz sessiyasının sonuncu iclası mayın 31-də  keçiriləcək”.

 

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 41 məsələ daxil edilib.

 

 

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası  haqqında” qanun layihəsi;

 

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi 3-cü oxunuşda;

 

“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;

 

“Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanuna dəyişiklik;

 

“Dövlət qulluqçularının etik davranış qaydaları  haqqında” yeni qanun layihəsi;

 

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə  haqqında” qanuna dəyişiklik;

 

“Vətəndaşlıq haqında” qanuna dəyişiklik;

 

Cəzaların icrası Məcəlləsinə dəyişiklik;

 

“Veteranlar haqqında” qanuna dəyişiklik

 

“Büdcə sistemi haqqında” qanuna dəyişiklik;

 

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;

 

“Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik;

 

Cinayət Məcəlləsində dəyişiklik;

 

Əmək  Məcəlləsində dəyişiklik;

 

“İşsizlikdən sığorta haqqında” qanun layihəsi 1-ci oxunuş

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür