Modern.az

Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır – TƏXRİBAT

Ermənilər Xocalı aeroportundan uçuşlara başlayır – TƏXRİBAT

23 May 2017, 12:01

Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Yell Extreme Park” layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.

“Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub” –deyə “Yell Extreme Park” laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.

 

Təxminən gün ərzində 20-yə qədər davam edəcək uçuşların təkcə Şuşaya deyil, həmçinin, Kəlbəcər ərazisindəki  alban monastırı istiqamətində gerçəkləşəcəyi bildirilir.

 

Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan Yerevana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi.

 

Vüqar İSMAYILOV 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər