Modern.az

“İran nüvə silahına malik olmayacaq” - Donald Tramp

“İran nüvə silahına malik olmayacaq” - Donald Tramp

Dünya

23 May 2017, 20:43

“ABŞ İranın nüvə silahlı əldə etməməsi, terrorçuları və silahlıları dəstəkləməyi dayandırması mövqeyinə qəti şəkildə sadiqdir. İranın nüvə silahına malik olmayacağını indi burada bəyan edirik”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrailə səfərinin yekunu ilə bağlı Qüdsdə çıxışında bildirib.

ABŞ prezidenti vurğulayıb ki, İran nüvə silahına malik olmaması üçün fəaliyyəti davam etdirəcəklər.

Qeyd edək ki, 2015-c il iyulun 15-də İranın atom-nüvə probleminin tənzimlənməsinə dair “altılıq” (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin) dövlətləri ilə İran arasında Əhatəli Razılıq sənədi imzlanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır