Modern.az

Alman deputatlarının Türkiyəyə səfəri ləğv edilib

Alman deputatlarının Türkiyəyə səfəri ləğv edilib

23 May 2017, 23:16

Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfəri ləğv edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Bundestaqın vitse-prezidenti Klaudiya Rot (“Yaşıllar Partiyası”) və daha üç deputat 25-28 may tarixlərində Ankara, Diyarbəkir və İstanbula səfər etməyi planlaşdırıblarmış.

Səfər çərçivəsində Türkiyə XİN nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər nəzərdə tutulmuşdu.  

“İncirlik” aviabazasına baş çəkmək deputatlar planlarına daxil olmayıb.

Qərarın səbəbləri açıqlanmır. Səbəbləri Klaudiya Rot mayın 24-də açıqlayacağını bildirib.

Rəsmi Ankara bundan əvvəl alman deputatların  “İncirlik” aviabazasına səfərinin mümkünsüz olduğunu bəyan etmişdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır