Modern.az

Ramazan ayının TƏQVİMİ

Ramazan ayının TƏQVİMİ

24 May 2017, 11:19

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Ramazan ayının başlanma tarixini açıqlayıb.

Modern.az xəbər verir ki, QMİ-nin məlumatına görə, 2017-ci il üçün Ramazan ayı mayın 27-də başlayacaq.

Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək.
 

Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs ayın başlanması ilə əlaqədar fətva verib, Ramazan təqvimini də açıqlayıb.

QMİ-dən bildirilib ki, İdarə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim tərtib edib.


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir