Modern.az

Eks-nazir Əli Abbasova yeni vəzifə verildi

Eks-nazir Əli Abbasova yeni vəzifə verildi

24 May 2017, 12:49

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda AMEA-nın yeni seç­ilmiş 16 həqiqi və 25­ müxbir üzvünə diplom­lar təqdim olunub.
Mərasim AMEA-nın prezide­nti Akif Əlizadə çıxış edib.

 

İclasda ən maraqlı məqam keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı məlumatın açıqlanması olub. Bildirilib ki, Əli Abbasov AMEA-nın müşaviri təyin olunub. 



Xatırladaq ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı.

Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.



Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı