Modern.az

Bakıda varlı xanımları daha gözəllik salonlarına getmirlər

Bakıda varlı xanımları daha gözəllik salonlarına getmirlər

24 May 2017, 13:17

Gözəllik salonları qadınların həyatında önəmli yer tutur. Yaşından asılı olmayaraq bütün qadınların mütəmadi olaraq getdiyi mənaklardandır. Lakin bəzi xanımlar salonlara getməyə yox, stilist və ya vizajisti evə dəvət etməyə üstünlük verirlər. Təbii ki, bunu rahatlıqlarını təmin etmək üçün edirlər. Hazırda bir neçə xarici ölkədə bu ənənə formalaşıb.

Bəs görəsən Azərbaycanda vəziyyət necədir? Xanımlarımız gözəllik salonlarına üstünlük verirlər,  yoxsa ev şəraitində qulluğa?

Stilist Nərmin İbrahimova Modern.az-a açıqlamasında bildirib ki, hazırda xanımların evə stilist və ya vizajist dəvət etməsinə ehtiyac yoxdur. Əksəriyyət  vloqqerlər sayəsində hər şeyə bələddirlər:

“İndi o qədər vloqqer var ki, makyajın və ya hansısa saç düzümünün qayda-qanunlarını videolar vasitəsilə xanımlara öyrədirlər. Məhz buna görə də bu gün xanımlarımız çox gözəl makyaj edə, saçlarına müxtəlif şəkillər verə bilirlər. Eləcə də mənim elə xanım müştərilərim var ki, ev şəraitində bunları edə bilir. İndi özünə qulluq etməyən xanım azdır. Demək olar ki, hər kəsin evdə kosmetik vasitələri, şəraitləri var. Belə olduğu halda xanımların pulları da öz cibində qalır.

Lakin ev şəraitində xanımların özləri saç rəngi qoyursa, bu yanlışdır. Onlar saçlarını zədələyir və gözəllik salonlarına yenidən müraciət etməli olurlar. Belə hallarla tez-tez rastlaşırıq. Bu, qeyri-peşəkarlıqdır”.

N.İbrahimova həmçinin bu ilin saç düzümü və makyaj dəbindən də danışıb:

“Ümumiyyətlə, hazırda kim nə istəyirsə, onu edir. Qısa saç da, uzun saç dəbdədir, yəni qarışıqdır. O cümlədən həm tünd rəng, həm də açıq rəng gündəmdədir. Hazırda saç və ya rənglə bağlı hər hansı tendensiya yoxudur. Lakin xanımlar daha çox uzun saçlara üstünlük verirlər. Saçı qısa olan xanımların 80 faizi  qaynaq vasitəsilə saçlarını uzadırlar”.

Stilist Sehrin Rəsulovanın sözlərinə görə, hazırda xanımlar ev şəraitində saç düzəltməyə və ya vizaja üstünlük vermirlər. Səbəb isə qiymətlərdir:

“Azərbaycanda stilist və ya vizajistləri evlərinə dəvət edən xanımlar var. Amma əksəriyyəti qiymətə görə narazılıq edir. Məsələn, gəlin saçı gözəllik salonunda 250 manata edildiyi halda, evə gedəndə  500-600 manat arasında dəyişir. Ümumiyyətlə isə ev şəraitində saç düzəltdirməyib və ya vizajın qiyməti istər-istəməz iki-üç qat baha olur”.


Stilist bildirib ki, bu gün xanımların çoxu dəbə uyğun davranmır:


“Adətən xanımlarımız özlərinə yaraşan saç düzümlərinə üstünlük verirlər. Elə xanımlar var ki, üç il bundan qabaq dəbdə olan saç modellərini seçir. Lakin hazırda sadə saç düzümləri dəbdədir. Gənc xanımlar sadə saç düzümlərinə, üz quruluşunda müəyyən problem olan xanımlar isə dağınıq saçlara üstünlük verirlər”.

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir