Modern.az

Allahşükür Paşazadədən axund və mollalara Ramazan XƏBƏRDARLIĞI

Allahşükür Paşazadədən axund və mollalara Ramazan XƏBƏRDARLIĞI

24 May 2017, 14:47

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə axundları və imamları diqqətli olmağa çağırıb.

 

Modern.az-ın məlumatına görə, A.Paşazadə bildirib ki, bu gün Azərbaycanda sabitliyi korlamaq istəyən kənar qüvvələr var və onlar din amilindən də istifadə etməyə çalışırlar:

 

“Bu, çox böyük bir təhlükədir və bu təhlükədən özümüzü qorumalıyıq. Axundlar və imamlar öz başlarına bəyanat verməsinlər. Axund və imamlarımız diqqətlidirlər, lakin biz yenə də hər kəsə xatırladırıq”.

 

A.Paşazadə həmçinin, axund və imamlara digər ölkələrdə baş verən hadisələrə münasibət bildirməkdən çəkinməyi tövsiyə edib.

 

QMİ sədri dindarlara, o cümlədən axund və imamlara Ramazan ayı boyunca iftardan əvvəl məclislərdə iştirak etməməyi tövsiyə edib:

 

“Müsəlman din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməli, iştirakçısı və təşkilatçısı olmamalıdır. Belə məsələdə diqqətli olun”.

A.Paşazadə deyib ki, bu cür hallara yol verən axund və imamlar vəzifələrindən uzaqlaşdırıla bilər.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?