Modern.az

Dünyada müəllimlik peşəsi nə üçün “qadınlaşır”?

Dünyada müəllimlik peşəsi nə üçün “qadınlaşır”?

24 May 2017, 15:02

Son illər Azərbaycanda müəllimliyin, pedaqoqikanın “qadın peşəsi” olması ilə bağlı təsəvvürlər möhkəmlənib.

 

Məktəblərdə kişi müəllimlərin sayının azalması da bu tendensiyanın möhkəmlənməsinə, xüsusən, ibtidai və orta məktəb sistemində zəif cinsin nümayəndələrinin aşkar dominantlığına səbəb olub. Buna müxtəlif səbəblər - məktəbdə əmək haqlarının az olması, müəllimliyə daha çox qadın məşğuliyyəti kimi baxılması və s. təsir göstərir.  Əmək texnologiyası, fizika, bədən tərbiyəsi, tarix kimi fənlərdə sovet vaxtı çoxluq təşkil edən kişi kontingenti son illər ərzində azalmağa doğru gedir.

Xüsusən şəhər məktəblərində qadın müəllimlərin çoxluğu gözə çarpır.

 

Maraqlıdır ki, müəllim peşəsinin feministləşməsi dünyada müşahidə olunan qlobal tendensiyasdır.

 

Rusiya Statistika Xidmətinin məlumatına görə, ölkə məktəblərində qadın pedoqoqların sayı orta hesabla 87,4% təşkil edir. Maraqlıdır ki, orta məktəblərdə bu göstərici 92%, ibtidai siniflərdə isə 98,2%-lik mütləq çoxluğa malikdir.

 

ABŞ-da isə ibtidai və orta məktəb kontingentinin 65%-ni qadınlar, 35%-ni isə kişilər təşkil edir. Maraqlıdır ki, 1980-ci ildə bu göstərici 50%-50% idi.

Avropa kontinentində də vəziyyət ənənəvidir. Belə ki, bu ölkənin ibtidai məktəblərində hər 10 müəllimdən biri, orta məktəblərdə isə hər 4 müəllimdən biri kişidir.

 

Kişi müəllimlərin özlərini rahat hiss etdikləri “oazis” rolunu isə ali təhsil müəssisəsləri oynayır. Kişi müəllimlər universitetlərdə, texnikumlarda və akademiyalarda elim fəaliyyətlə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul ola bilirlər. Məhz bu səbəbdən ali təhsil müəssisələrində kişi müəllimlərin kontingenti ibtidai və orta təhsil müəssisələri ilə müqayisədə xeyli çoxdur.

 

Təhsil ekspertləri və psixoloqlarının fikrincə, kişi müəllimlərin mövcudluğu məktəb sistemi üçün çox önəmlidir. Belə ki, qadınların pedoqoji modelində güc və enerji azlıq təşkil edir. Kişi müəllimlər həm oğlan, həm də qız şagirdlər üçün sosial həyata uğurlu addım atması, cinslərarası münasibətləri anlamaq üçün çox lazımdır.

 

Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq