Modern.az

Autizmli uşaqlar arasında ilk dəfə tennis yarışı keçirilib

Autizmli uşaqlar arasında ilk dəfə tennis yarışı keçirilib

24 May 2017, 16:53

Mayın 24-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və Bakı Autizm İdman və Yaşam Klubunun birgə təşkilatçılığı ilə Autizmli uşaqlar və gənclər arasında ilk dəfə stolüstü tennis turniri keçirilib.

Modern.az xəbər verir ki, turnirdə gənclər və uşaqlar iki yaş qrupu üzrə (8-12), (12-19) yarışıblar. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışın sonunda qalib gələn turnir iştirakçıları mükafatlandırılıblar.

8-12 yaş arasında keçirilən yarışda 1-ci yerin qalibi Toğrul Mirzəyev, 2-ci yerə Asim Fərzəliyev çıxıb. Bu yaş qrupunda 3-cü yerin qalibləri Nicat Həmidov və Saleh Mustafazadə olub.
12 -19 yaşda arasında keçirilən stolüstü tennis turnirində 1-ci yerin sahibi Xaqan Əliyev, 2-ci yer Məhəmməd İbrahimov, 3-cü yerin qalibləri isə İbrahim Nəbiyev və Fərman Namazov olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi