Modern.az

Kamçatkada Azərbaycan diasporu erməniləri susdurub

Kamçatkada Azərbaycan diasporu erməniləri susdurub

24 May 2017, 17:09

Kamçatka şəhərində 9 May Qələbə günü  münasibətilə tədbir keçirilib.

 

Kamçatkadakı Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov Modern.az-a deyib ki, orada keçirilən bütün tədbirlərdə azərbaycanlılar aktiv şəkildə iştirak edirlər.

“Bu tədbir zamanı da həmyerlilərimiz  Azərbaycandan olan Sovet İttifaqı Qəhrəmanlarının plakatları nümayiş ediriblər”.

Z.Bəşirov bildirib ki, Kamçatkada  Azərbaycan Diasporu çox güclü fəaliyyət göstərir.

 

“Rusiyanın digər şəhərlərindən fərqli olaraq, bu mitinqə 3-4 Ermənistan vətəndaşı iştirak edib.  Həmin mitinq zamanı onlar Ermənistanın adını belə çəkə bilməyiblər. Orada hər hansı bir Ermənistan diasporu və ya vətəndaşı qondarma “Dağlıq Qarabağ respublikasının” bayrağını  qaldıra bilməz. Çünki Kamçatkada  fəaliyyət göstərən Azərbaycan diasporu buna icazə verməz”.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!