Modern.az

BMT 30 sentyabrı Beynəlxalq Tərcümə Günü elan etdi

BMT 30 sentyabrı Beynəlxalq Tərcümə Günü elan etdi

24 May 2017, 20:30

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası sentyabrın 30-nu rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qətnamə bu gün qəbul edilib. Qətnamənin müəllifləri Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador olub.

Peşəkar tərcüməyə həsr edilmiş birinci qətnamədə bunun xalqların yaxınlaşmasında, qarşılıqlı anlaşma və əməkdaşlıqda, inkişafın təmin edilməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rolu qeyd olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir