Modern.az

İndoneziyada partlayış qurbanlarının sayı artır: 3 ölü, 10 yaralı, Yenilənib

İndoneziyada partlayış qurbanlarının sayı artır: 3 ölü, 10 yaralı, Yenilənib

24 May 2017, 23:54

İndoneziyanın paytaxtında baş verən partlayışda ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 3 polis əməkdaşı ölüb.

İki terrorçu-kamikadzenin törətdiyi nəticəsində 10 nəfər yaralanıb. Yaralılardan da 5 nəfəri asayiş keşikçisi olub.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

20:43

 

İndoneziyada partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bir-birinin ardınca iki partlayış paytaxt Cakartada olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 polis əməkdaşı yaralanıb.

Partlayışların avtobus dayanacağında baş verdiyi, ölənlərdən birinin terrorçu-kamikadze olduğu ehtimal edilir. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi