Modern.az

Beynəlxalq Bankın reytinqi məhdud defolt səviyyəsinədək endirilib

Beynəlxalq Bankın reytinqi məhdud defolt səviyyəsinədək endirilib

Aktual

24 May 2017, 21:17

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib. Modern.az APA-ya istinadən xəbər verir ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb. Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi