Modern.az

Azərbaycanla Rumıniya universitetləri əməkdaşlıq edəcək

Azərbaycanla Rumıniya universitetləri əməkdaşlıq edəcək

Aktual

24 May 2017, 21:31

"Bu gün Azərbaycanın 4 universiteti ilə Rumıniyanın 4 universiteti arasında əməkdaşlıq müqaviləsi bağlandı" Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib.

 

O qeyd edib ki, Bakıda I Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun əsas məqsədi universitetlərarası əməkdaşlığı inkişaf etdirməkdir: "Yəni, universitetlərarası əməkdaşlığı inkişaf etdirmək, tələbə, müəllim mübadiləsi və elmi araşdırmalarla bağlı tanışlıq nəzərdə tutulur".

 

Qeyd edək ki, forum iki gün davam edəcək. Forumun növbəti günündə Rumıniya ali məktəblərinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət etmək və mövcud resurslarla əyanı tanış olmaq imkanı əldə edəcəklər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır