Modern.az

Neft hasilatı artırılmayacaq

Neft hasilatı artırılmayacaq

Aktual

24 May 2017, 21:55

Neft hasilatının azaldılması barədə razılaşmanın müddəti arta bilər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, iştirakçı ölkələr razılaşmanın müddətinin daha 9 ay artırılmasını dəstəkləyir.  Küveytin neft naziri Əssam əl-Marzuk bildirib ki, razılaşmanın əleyhinə hər hansı ölkədən etiraz yoxdur.

Qeyd edək ki, ötən ilin noyabrında Vyanada keçirilən görüşdə OPEC ölkələri qiymətlərin sabitləşməsi məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldımasına dair razılığa gəliblər. Razılaşmanın uzadılması məsələsinə mayın 25-də OPEC-in Vyanada keçiriləcək sammitində baxılacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?