Mançesterdə terror aktı törədən Salman Abedinin atası da saxlanılıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən tutulub.
Ramadan Abedinin 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir.
22:11
Mançester şəhərində terror aktı törədən şəxsin qardaşı saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Salman Abedinin kiçik qardaşı Tripolidə həbs edilib. Məlumata görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir. Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb.
Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb.
Modern.az