Modern.az

Mançesterdə terror törədənin atası da saxlanılıb - YENİLƏNİB

Mançesterdə terror törədənin atası da saxlanılıb - YENİLƏNİB

24 May 2017, 23:12

Mançesterdə terror aktı törədən Salman Abedinin atası da saxlanılıb. Modern.az "RİA Novosti"yə  istinadən xəbər verir ki, Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən tutulub.

Ramadan Abedinin  90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir.

 

22:11

 

Mançester şəhərində terror aktı törədən şəxsin qardaşı saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Salman Abedinin kiçik qardaşı Tripolidə həbs edilib. Məlumata görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir. Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb.

Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır