Modern.az

Neft bahalaşdı

Neft bahalaşdı

24 May 2017, 23:26

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 54,77 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,05 dollar/barel çoxdur. Modern.az "Trend"ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti  53,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,03 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti  51,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 23-də 53,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı