Modern.az

“Mançester Yunayted” Avroliqanın qalibi oldu

“Mançester Yunayted” Avroliqanın qalibi oldu

25 May 2017, 00:56

Avropa Liqasının final qarşılaşması keçirilib. Modern.az xəbər verir ki, qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” klubları üz-üzə gəlib.

Oyun “Mançester Yunayted"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, ilk dəfə Avropa Liqasının qalibi olan “Mançester Yunayted" növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.

Qeyd edək ki, sonuncu dəfə bu klub 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. Mançester təmsilçisi 1991-ci ildə Kuboklar Kuboku və UEFA Super Kubokuna da yiyələnib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir