Modern.az

Hesablama Palatası mənzil fondu ilə bağlı hökumətə təkliflər verdi

Hesablama Palatası mənzil fondu ilə bağlı hökumətə təkliflər verdi

Aktual

25 May 2017, 09:14

Hesablama Palatası mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanmasını təklif edir.

Modern.az-ın məlumatına görə, bu haqda “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

 

Nəzarət tədbirləri ilə müəyyən olunub ki, bir çox hallarda mənzil fondunun zərərinin müəyyən edilməsi zamanı zərərin əsassız artırılması, mənzil fondunun gəlirlərinin azaldılması və yığım səviyyəsinin aşağı olması hallarına rast gəlinib. Mənzil təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması barədə Hesablama Palatası tərəfindən müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

 

Hesablama Palatası bır sıra xərclərin icra faizinin aşağı səviyyədə olmasını nəzərə alaraq dövlət büdcəsinin tərtibi prosesinin əsaslı surətdə təkmilləşdirilməsini, o cümlədən proqnoz məbləğlərinin dəqiq hesablamalar aparılaraq tərtib edilməsini, büdcə təşkilatlarının əsas funksional fəaliyyətləri ilə bilavasitə əlaqədar olmayan xərclərin azaldılmasını və vəsaitlərdən yeni dövrün çağırışlarına uyğun olaraq qənaətlə və səmərəli istifadə edilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsini tövsiyyə edib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır