Modern.az

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti qəfildən öldü

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti qəfildən öldü

25 May 2017, 10:41

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Apasport.az saytının məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Dalida” restoranında qeydə alınıb.

Bir qrup idmançı, məşqçi və hakim Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün adıçəkilən restoranda toplaşıblar.

Məclis əsnasında Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Hüseyn oğlu Məmmədov qəfildən dünyasını dəyişib.

İlkin məlumata görə, Məmmədov ürək tutmasından ölüb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi