Modern.az

Azərbaycanlı ifadə verdi, 23 məmur saxlanıldı

Azərbaycanlı ifadə verdi, 23 məmur saxlanıldı

25 May 2017, 11:08

Ukrayna Prokurorluğu və milli polisi ölkə tarixinin ən genişmiqyaslı əməliyyatını həyata keçirib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 15 vilayətdə 1,7 min polis əməkdaşının və 500 prokurorun iştirakı ilə başlayan əməliyyatda vilayət administrasiyalarının keçmiş vergi şöbələrinin rəisləri və onların müavinləri saxlanılıb. Ümumilikdə, 23 nəfər saxlanılıb və helikopterlə paytaxt Kiyevə çatdırılıblar.

 

Keçmiş məmurlar dövlətə 3,7 milyard dollar dəyərində zərər vurmaqda təqsirləndirilir. Onlara qarşı əməliyyat Ukrayna Fiskal Xidmətinin keçmiş rəisi, Azərbaycan əsilli Roman Nəsirovun ifadələri əsasında keçirilib. 76 milyon dollar büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən Nəsirov istintaqla aktiv əməkdaşlıq edir.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?