19 avqust 2017, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Azərbaycan cümhuriyyətçilərinin varisləri - Onlar harada yaşayırlar... - I YAZI
Azərbaycan cümhuriyyətçilərinin varisləri - Onlar harada yaşayırlar... - I YAZI
25.05.2017, 11:38

Bir neçə gündən sonra tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 99-cu ildönümünü qeyd edəcəyik. Gələn il isə Cümhuriyyətin 100 illik yubileyi rəsmi şəkildə qeyd olunacaq. Ölkə başçısı bununla bağlı artıq  sərəncam verib.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik müsəlman respublikası kimi tarixə düşüb. Azərbaycanda dövlətçilik ənənəsinin bərpası üçün çətinliklərə baxmayaraq, yoxdan bir bayraq var edən Cümhuriyyət qəhrəmanlarının, liderlərinin xidməti danılmazdır. Bu gün də həmin liderlərin nişanələri, varisləri az da olsa, yaşamaqdadırlar. Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əli bəy Hüseynzadə, Nağı bəy Şeyxzamanov, Əhməd bəy Pepinov, Ceyhun Hacıbəyli və digər AXC qəhrəmanlarının varisləri indi dünyanın ayrı-ayrı ölkələrində ömür sürürlər.

 

Cümhuriyyət dövrünün araşdırmaçısı, tarixçi alimNəsiman Yaqublu Modern.az saytı ilə söhbətində özünün şəxsən görüşdüyü, təmasda olduğu və ataları barədə lazımı sənədlər aldığı cümhuriyyətçi varislərin adlarını çəkib:

“Özüm şəxsən Nəsib bəy Yusifbəylinin qızı Zəhra xanımla İstanbulda görüşmüşdüm. Evlərində də olmuşam. Rəsulzadənin oğlu Azər bəylə Qazaxısıtanda, Karakandada görüşmüşəm. Təəssüf ki, onların heç biri indi həyatda yoxdu. Əlimərdan bəy Topçubaşun nəvəsi Zərifə Kürdəmirlə də təmasımız olub. Fətəli xan Xoyskinin qızı var idi, Tamara xanım, Əlyazmalar İnstitutunun qarşısındakı binada yaşayırdı. Onunla görüşəndə 87 yaşı var idi, 10 il də həbsxanada olmuşdu.

Həsən bəy Ağayevin nəvəsi, Əhməd bəy Pepinovun qızı Sevda Pepinova ilə görüşmüşdüm. O, həm də bizim böyük gülüş ustası olan Lütfəli Abdullayevin həyat yoldaşı olub. Onlardan ataları ilə bağlı çox vacib sənədlər, faktlar toplamışıq”.


Araşdırmaçı alim cümhuriyyətçilərin hazırda həyatda olan varislərindən də danışıb:

“Əksəriyyətinin hazırda nəvə-nəticələri və uzaq qohumları yaşayırlar. Övladları sağ olan AXC liderləri demək olar ki, yoxdu. Nağı bəy Şeyxzamanlı, Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Şəfi bəy Rüstəmbəyli, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Həsən bəy Ağayev, Əhməd bəy Pepinov kimi AXC liderlərinin hazırda nəvələri həyatdadırlar”.


Mətbuat tarixinin araşdırıcısı, “Şərq” qəzetinin başı redaktoru Akiş Aşırlı da mövzuya münasibət bildirərkən, Cümhuriyyət qəhrəmanlarından bir neçəsinin övladının həyatda olduğunu bildirib. Çoxlarının varisləri isə nəvə-nəticə, bəzilərində isə uzaq qohumlarıdır:


“Nəsib bəy Yusifbəylinin nəvəsi Şaiqə xanımıla əlaqəmiz var. Amma təəssüf ki, Nəsib bəy Yusifbəylinin adını daşıyan nəvəsi, Şaiqə xanımın qardaşı Nəsib dünyasını dəyişdi. Mənim o ailə ilə gözəl münasibətim var. Əhməd bəy Ağaoğunun nəvəsi Təkdaş Ağaoğlu Türkiyədə yaşayır, orada məşhur şəxslərdən biridir. Əhməd bəyin qızı Təzə Ağaoğlunun övladları var. Onlar da Almaniyada yaşayır. Ömər Faiq Nemanzadənin qızı bu yaxınlarda dünyasını dəyişdi”.

Cümhuriyyət qəhrəmanlarının varisləri haqqında bəzi əlavələrimizi də qeyd edək. Təbii ki, öncə Məhəmməd Əmin Rəsulzadədən başlamaq lazımdır. Rəsulzadənin yalnız bir nəvəsi - əməkdar rəssam Rəis Rəsulzadə həyatdadır. O, babasının irsini, fəaliyyətini hər zaman öyrənməyə, qorumağa can atır. Siyasi RepressiyaQurbanları Assosiasiyasının sədridir. Rəsulzadənin cəmi 2 yaşında tərk etməli olduğu sonbeşik övladı Azərin oğludur.


Əli bəy Hüseynzadə
Cümhuriyyət dönəmində heç bir vəzifə sahibi olmasa da (Türkiyədə yaşayırdı) ideologiya baxımından onlara yaxın olub və dəstəyini əsirgəməyib. Üçrəngli Azərbaycan bayrağının da ideya müəllifi odur. Onun kiçik qızı Feyzavər xanım hazırda İstanbulda yaşayır. Yaşı 90-ı ötsə də, bu gün də atası Əli bəyin və qardaşı Səlim Turanın irsini mühafizə edir.

Əlimərdan bəy Topçubaşovun  nəvəsi Gülnarə Kürdəmir da hazırda İstanbulda yaşayır. 93 yaşı var. Qeyd edək ki, o, həm də böyük maarifçi Həsən bəy Zərdabinin nəticəsidir.

Almas İldırımın oğlu Azər Almas hazırda Türkiyənin İzmir şəhərində yaşayır. Onun iki oğlu var. Böyük oğlu İldırım Rutil Almas Bakıdakı xarici neft şirkətlərindən birində çalışır. İkinci oğlu Səlcuk Almas isə Türkiyədədir. Dərman satışı ilə bağlı şirkət qurub. 

Versal Sülh Konfransındakı nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin nəvə-nəticəsi hazırda Fransada yaşayır. 

AXC hökumətinin Türkiyə və Ukraynadakı səfiri olmuş yazıçı Yusif Vəzir Çəmənzəminlinin iki nəvəsi var. Leyla Vəzirova hazırda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda kafedra müdiridir. Leyla xanımın qardaşı Yusif Vəzirov isə diplomat kimi fəaliyyət göstərir.


Xudadat Bəy Rəfibəylinin oğlu Kamil Aran Türkiyədə yaşayıb. O, Azərbaycanın ilk təhlükəsizlik naziri Məmmədbağır Şeyxzamanlının qızı Ruqiyyə xanımla ailə həyatı qurub. Aydın Aran adlı övladları dünyaya gəlib.

Azərbaycanın ilk “çekisti”, Əks Kəşfiyyat İdarəsinin rəisi Nağı bəy Şeyxzamanlının nəvəsi Tomris Azəri hazırda ABŞ-da yaşayır.

Qeyd: Modern.az bu mövzunu davam etdirəcək.


Elmin Nuri


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paytaxtda restoran yanıb
19.08.2017, 01:09

Paytaxtda restoran yanıb

Mingəçevirdə naməlum kişi meyiti tapılıb
19.08.2017, 00:56

Mingəçevirdə naməlum kişi meyiti tapılıb

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO
19.08.2017, 00:44

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

ABŞ Suriyada qalmayacaq
19.08.2017, 00:27

ABŞ Suriyada qalmayacaq

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək
19.08.2017, 00:09

Almaniyada heç bir müdaxiləyə icazə verilməyəcək

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib
18.08.2017, 23:53

Livan hərbçiləri ABŞ silahlarını ələ keçirib

Məktəbli formaları alanlar aldadılır - VİDEO
18.08.2017, 23:39

Məktəbli formaları alanlar aldadılır - VİDEO

Azərbaycan nefti ucuzlaşdı
18.08.2017, 23:25

Azərbaycan nefti ucuzlaşdı

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO
18.08.2017, 23:09

Qubada iki uşaq atasını baltalayıb öldürdülər - VİDEO

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir
18.08.2017, 22:48

Finlandiya polisi hadisəni terror kimi qiymətləndirmir

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb
18.08.2017, 22:34

Fritaunda ölənlərin sayı 461 nəfərə çatıb

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb
18.08.2017, 22:23

Trampın müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO
18.08.2017, 22:09

Bakıda avtobus sürücüsünün üstünə tapança çəkildi - VİDEO

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib
18.08.2017, 21:56

Almaniyada bıçaqlı şəxs kütləyə hücum edib

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST
18.08.2017, 21:42

16 suala cavab verin, qaraciyərinizin vəziyyətindən agah olun - TEST

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb
18.08.2017, 21:40

Barselonadakı terrorda ölənlərin sayı 15 nəfərə çatıb

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ
18.08.2017, 21:26

Məhəmməd peyğəmbərin ölümdən başqa bütün xəstəliklərin dərmanı adlandırdığı QARA ZİRƏ

Bakıda jurnalistlər üçün təlim keçirilib
18.08.2017, 21:12

Bakıda jurnalistlər üçün təlim keçirilib

Yeltsinin avtomobili satışa çıxarılıb
18.08.2017, 20:57

Yeltsinin avtomobili satışa çıxarılıb

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü
18.08.2017, 20:43

Finlandiyada naməlum şəxs insanlara hücum etdi: 2 ölü

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
18.08.2017, 20:30

Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı

Bodrumda yenidən zəlzələ olub
18.08.2017, 20:16

Bodrumda yenidən zəlzələ olub

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü
18.08.2017, 20:02

Bərdədə 7 yaşlı uşaq xəstəxanada öldü

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
18.08.2017, 19:41

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi

Gürcüstanda azərbaycanlı həbs olunub
18.08.2017, 18:56

Gürcüstanda azərbaycanlı həbs olunub

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı
18.08.2017, 18:38

Finlandiyada bıçaqlı hücum: 1 ölü, 2 yaralı

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib
18.08.2017, 18:29

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına məktub göndərib

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 
18.08.2017, 18:17

Nazirlik yol qırağına tullantı atanlarla bağlı polisə müraciət etdi 

Gəncə sakini qayadan çaya düşərək ölüb
18.08.2017, 18:09

Gəncə sakini qayadan çaya düşərək ölüb

Putin Krıma getdi
18.08.2017, 17:48

Putin Krıma getdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi
18.08.2017, 17:31

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

Dənizdə batan daha 4 nəfər xilas edilib
18.08.2017, 17:29

Dənizdə batan daha 4 nəfər xilas edilib

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA
18.08.2017, 17:23

“Müxalifətin cəbhəyə getməsinə ehtiyac yoxdur” – Komitə sədrindən AÇIQLAMA

Dolların 3 günlük məzənnəsi açıqlandı
18.08.2017, 17:21

Dolların 3 günlük məzənnəsi açıqlandı

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı
18.08.2017, 17:17

Prezident "Azərsu"ya 5.78 milyon manat ayırdı

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50%)
SOCAR-dan(6.38%)
Lukoil-dan(17.0%)
Bunların heç birindən - başqasından(26.5%)