Modern.az

Avropa İttifaqı Azərbaycanda resurs səmərəliliyini artırır

Avropa İttifaqı Azərbaycanda resurs səmərəliliyini artırır

25 May 2017, 12:27

“Şərq Qonşuluğu ölkələrində Yaşıl İqtisadiyyat” Proqramı (EaP GREEN) çərçivəsində “Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat" layihəsinin yekun Milli konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanda resurs səmərəliliyi və daha təmiz istehsal (RSDTİ) Nümayiş Komponenti Avropa İttifaqı (Aİ), Sloveniya hökümət və Avstriya İnkişaf Bankı ilə birlikdə maliyyələşdirilir və "Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyatının yaşıllaşdırılması" regional layihəsinin (EaP GREEN) tərkib hissəsi kimi, 2013-cü ildən etibarən həyata keçirilir.

 

Tədbirdə çıxış edən UNİDO RSDTİ Nümayiş Komponentinin Milli Koordinatoru Rauf Rzayev layihə haqqında məlumat verərək, RSDTİ sənaye istehsalının səmərəliliyinin artırılmasına, ətraf mühitə və insan sağlamlığına risklərin azaldılmasına yönəlmiş profilaktik ekoloji yanaşmadır.

 

RSTDİ-nin biznes mühiti və ətraf mühit, həmçinin ümumilikdə cəmiyyət üçün faydalı olduğu öz təstiqini tapdığını deyib.

 

"BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNIDO) tərəfindən dəstəklənən EaP GREEN proqramın RSDTİ Nümayiş Komponentin Azərbaycanda əsas məqsədləri aşağıdakılardan ibarətdir: RSDTİ üçün kadr potensialının və institusional potensalın inkişaf etdirilməsi; RSDTİ metodologiyasına və onun tətbiqinin faydalarına dair məlumatlılığın artılırması; RSDTİ-nin prioritet sahələrdə (kimya məhsulları, tikinti materialları və qida istehsal) nümayiş etdirilməsi və təcrübənin yayılması; RSDTİ texnologiyalarına investisiya qoyuluşunun səfərbər edilməsi.

 

Layihənin icra müddətində Azərbaycan müəssisələrində RSDTİ-nin faydaları da daxil olmaqla, resurs səmərəliliyinin dəstəklənməsi və ətraf mühiti nəzərə alan istehsalat sahəsində əhəmiyyətli nəticələr əldə olunub".

 

Tədbirdə Avropa İttiaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, peşə təşkilatlarının nümayəndələri, eskpertlər, donor təşkilatlarının nümayəndələri iştirak edib.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər