Modern.az

Mağazaya saxta 100-lük verən şəxs saxlanıldı

Mağazaya saxta 100-lük verən şəxs saxlanıldı

Aktual

25 May 2017, 12:36

Daxili işlər orqanları saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirib.

DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb, 100 manatlıq əskinas verərək, ödəniş edib.  

Müştərini yola salan satıcı kassadan pulları götürüb iri əskinasları ayıranda oradakı tək 100 manatlıq nədənsə onda şübhə yaradır və onu yoxlayır. Pul saxta çıxır.   

        
Vaxt itirmədən Rayon Polis Şöbəsinə müraciət edir. Həmin şəxsi tanımadığını, lakin gedəndə "VAZ-21011" markalı avtomobillə getdiyini görmüşdü.

        
Dərhal deyilən əlamətlərdə olan maşının saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbilhəsənov şübhəli şəxs qismində saxlanılıblar.

        
Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha 5 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

        
Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

 

        

            

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi