Modern.az

Axtarışa verildiyi deyilən azərbaycanlı cərrah danışdı

Axtarışa verildiyi deyilən azərbaycanlı cərrah danışdı

25 May 2017, 13:27

“Mən hazırda işimin başındayam, xəstə müayinə edirəm”.  Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Prokurorluğu tərəfindən axtarışa verilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

Hazırda xəstələri qəbul etdiyini deyən cərrah məsələdən xəbərsiz olduğunu açıqlayıb:

“Mənə də bu barədə yeni məlumat verdilər. İnanın ki, xəbərsizəm. İkincisi də mənim yerim bəllidir, axtarışa verilməyimə nə ehtiyac var ki? Hər halda özüm də məsələnin kökünü araşdıracağam”.

Qeyd edək ki, virtualaz.org saytının yaydığı xəbərə görə, Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Mərkəzi Neftçilər Klinikasının şöbə müdiri M.Kazımidir.

Qeyd edilir ki, Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru Fərman Ceyranov orqan transplantasiyası ilə bağlı maxinasiyalarını “Türkiyədən dəvət olunmuş cərrah” kimi təqdim etdiyi Mircəlal Kazıminin köməyi ilə həyata keçirib.


M.Kazıminin ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi bildirilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir