Modern.az

Fuad Muradov Moldovada vitse-spikerlə görüşdü

Fuad Muradov Moldovada vitse-spikerlə görüşdü

Aktual

25 May 2017, 14:08

Milli Məclisin İdman və gənclər komitəsinin sədri Fuad Muradov Moldova parlamentinin Mədəniyyət, təhsil, gənclər, idman və media komitəsinin sədri Vladimir Hotineanu və Moldova Milli Olimpiya Komitəsinin sədri, Moldova parlamentinin vitse-spikeri Nikolay Juravşi ilə görüşüb.

 

APA-nın Moldova müxbirinin məlumatına görə, görüşdə V. Hotineanu Azərbaycanla Moldova arasında bütün sahələrdə, o cümlədən idman sahəsində və parlamentlər arasında yüksək səviyyəli əlaqələrin olduğunu bildirib.

N. Juravşi isə Avropa oyunlarında Azərbaycanda səfərdə olduğunu və ölkəmizdəki inkişafla yaxından tanış olduğunu deyib. O iki ölkənin parlamentlərinin idman komitələri arasında əlaqələrin qurulmasının vacibliyini də qeyd edib.

 

Öz növbəsində deputat F. Muradov Azərbaycanda idman sahəsində aparılan islahatlar, ölkəmizin bu sahədəki təcrübəsindən danışıb.

Tərəflər müvafiq parlament komitələri arasında əlaqələrin qurulması üçün yaxın gələcəkdə Niyyət Protokolunu imzalamağı qərara alıb.

Görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı