Modern.az

Müəllimlərin imtahanında ürəyi gedənlər oldu

Müəllimlərin imtahanında ürəyi gedənlər oldu

Aktual

25 May 2017, 15:50

Bu gün Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri diaqnostik qiymətləndirilmədən keçiblər.

Əldə etdiyimiz məlumata görə, imtahana gələn müəllimlər arasında ürəyi gedənlər olub.

Diaqnostik qiymətləndirilmədə  iştirak etmiş Günel adlı müəllimə Modern.az saytına ürəyi gedən təhsil işçiləri ilə bağlı xəbəri təsdiqləyib.

“Bu gün Memarlıq və İnşaat Universitetində imtahan verdim. Bizim imtahanda bir müəllimin ürəyi getmişdi. Təcili yardım çağırdılar. Sonra ürəyi gedən müəllim imtahanda oturdu. Ondan başqa, bir neçə müəllimin də halı dəyişdi. Su gətirdilər. Bir müəllim onurğasından əməliyyat olunmuşdu deyə, halı pisləşdi. 67 yaşı vardı. Otura bilmirdi. Biz içəri keçəndə çantalarımızı yoxladılar. Kişi müəllimlərin telefonlarını söndürüb stolun üstünə qoydular. Çünki kişilərin çantası olmur. Amma imtahanın şəffaf keçdiyini deyə bilərəm. Köçürmə halları yox idi”.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır