Modern.az

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

Aktual

25 May 2017, 16:25

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Hürriyyət” qəzetində və həmin mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulması aşkar edilib.

 

Bu haqda qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Araşdırmalarla müəyyən olunub ki, mətbu orqanda Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

 

Qeyd edilənlərlə əlaqədar qəzetin baş redaktoru Vüqar Məmmədov Baş Prokurorluğa dəvət edilib. Qeyd olunub ki, “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən kütləvi informasiya vasitələrindən sui-istifadə yolverilməzdir.

 

Baş redaktorun diqqətinə çatdırılıb ki, gələcəkdə qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar