Modern.az

Əbülfəs Qarayev Seneqalın mədəniyyət naziri ilə görüşüb

Əbülfəs Qarayev Seneqalın mədəniyyət naziri ilə görüşüb

12 Noyabr 2009, 14:48

Noyabrn 12-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının 40 illik yubiley tədbirləri ilə əlaqədar Bakıda səfərdə olan Seneqal Respublikasının mədəniyyət, frankofoniya və milli dillər naziri Serin Mamadu Busso Leyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, görüşdə ölkələr arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ə.Qarayev 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar gerçəkləşən çoxsaylı tədbirlərin İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrin inkişafına layiqli töhfələr verdiyini qeyd edib. Nazir Azərbaycanın Seneqalla mədəni əməkdaşlığının inkişafı üçün konkret təkliflərini bildirib. O, Seneqalın mədəniyyət nazirini dekabr ayında paytaxtımızda keçiriləcək “Bakı- İslam Mədəniyyətinin Paytaxtı- 2009” Mədəniyyət İlinin bağlanış mərasiminə dəvət edib. Görüşdə iki ölkə arasında qarşılıqlı olaraq foto və rəsm sərgilərinin təşkili, müxtəlif kollektivlərinin çıxışları və digər məsələlər müzakirə olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir