Modern.az

BMT nümayıəndəsi Qızılağac Qoruğuna səfər etdi

BMT nümayıəndəsi Qızılağac Qoruğuna səfər etdi

25 May 2017, 17:01

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər (ETSN) naziri, cənab Hüseynqulu Bağırov və BMT-nin Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi, cənab QulamİshaqzaiQızılağac Dövlət Qoruğuna bu gün səfər ediblər.

 

Birgəsəfər “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP tərəfindən həyata keçirilir və Qlobal Ekoloji Fond (QEF) tərəfindən maliyyələşdirilir.

 

Bu səfərin məqsədi layihənin inkişafını və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxış keçirmək idi.

 

Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilmiş və qoruqdaqeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılmışdır. Layihə həmçinin mühafizə qayıqları, nəqliyyat vasitələri və uniformalar,meşə gözətçiləri üçün nəzarət və təhlükəsizlik avadanlığı da daxil olmaqla dəstək göstərmiş , eləcə də  Qızılağac qoruğunun  GIS elektron xəritəsini tərtib etmişdir.

 

Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla onlarıniş şəraitini yaxşılaşdırılmasını planlaşdırır. Həmçinin, layihə komandası bacarıqların artırılması üzrə işçi heyətinə təlimlər təşkil edəcək, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərinin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun milli parka çevrilməsinə kömək edəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir