Modern.az

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

25 May 2017, 17:21


"Azərbaycanda kurrikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir".

Modern.az  xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, tədris prosesində bu sistem həmişə olub.

"Bu gün də var və gələcəkdə də olacaq. Kurrikulumsuz təhsil olmur. Kurrikulum təhsilin məzmunudur. Kurrikulumu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir".

E.Əmrullayev əlavə edib ki, kurrikulum eyni zamanda hər zaman təkmilləşən bir sahədir.

"Hazırda Təhsil Nazirliyi tərəfindən kurrikulum ləğvini şərh etmək çətindir. Bu sistem ləğv oluna bilməz. Müəyyən təkmilləşdirmələr aparıla bilər. Bu da hər il, hər zaman baş verir. Bunu ciddi bir dəyişiklik kimi qələmə vermək düzgün deyil".


Qafar Ağayev

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır