Modern.az

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25 May 2017, 17:30

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir.

Modern.az xəbər verir ki, bu haqda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini ifadə edərkən deyib.

 

V.Gülməmmədov bildirib ki, hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib:


“Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub”.

Hesablama Palatasının sədri bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib. O, 2016-cı ildə Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi və mənfəət vergisi üzrə icra səviyyəsinin 90% təşkil etməsinin dövlət büdcəsinin bu mənbədən gəlirlərini formalaşdıran əsas makroiqtisadi göstəricilərin müsbət meyllərinin müşahidə olunduğunu, o cümlədən ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə 14,3% artması şəraitində baş verdiyini vurğulayıb:

“Eyni zamanda, idxal olunan yanacağa görə yol vergisinin 57,8 dəfə, vahid xəzinə hesabının qalığının istifadəsi və idarəetməyə verilməsindən nəzərdə tutulduğundan 6,4 dəfə, muzdlu işə aid olmayan fəaliyyət üzrə gəlirlərin 3 dəfə çox, eləcə də proqnozlaşdırılmayan bəzi mənbələr üzrə vəsait daxil olması bu mənbələrin hesablanma bazasının bir daha dəqiqləşdirilməsini və əsaslı yanaşmaların tətbiqini zəruri edir.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biri də artıqödəmə və borc məbləğləri olub. 2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artmış, ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb.

Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilkdə 1,4 mlrd. manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə, icra edilməmiş vəsaitin 42,7%-i əsaslı xərclərlə bağlı olub”.

Hesablama Palatasının sədri “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı əsas meylləri diqqətə çatdıraraq, 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 mln. manat təşkil etməklə 96 % icra edildiyini bildirib.

Proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 mln. manat təşkil etdiyi, həmin məbləğin 42,7%-nin əsaslı xərclərin üstünlük təşkil etdiyi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, 14,2%-nin isə “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşdüyü millət vəkillərinin diqqətinə çatdırılın.. İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərin 43,4%-nin qeyri-maliyyə aktivlərinin alınması, 18,2%-i “Digər xərclər” bölməsi, 16,0%-i isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb:

 

“Ümumiyyətlə, 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı əsas məqam il ərzində dövlət büdcəsinin icrası prosesində plan göstəriciləri Azərbaycan Respublikası “Büdcə sistemi haqqında” Qanun əsas gətirilərək funksional təsnifatın bölmələrində bir sıra dəyişikliklər aparılmasıdır ki, aparılmış dəyişikliklər əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi sərəncamlarının icrası ilə bağlı olub”.

Hesablama Palatasının sədri dövlət büdcəsi xərclərinin icrası vəziyyətinə Nazirlər Kabinetinin funsksinal bölmə daxilində birdəfəlk təyinatlı xərclərin dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilməsi ilə yanaşı, bu vəsaitin müəyyən hissənin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu vasitəsi ilə icra edilməsi ilə bağlı sərəncamlarının da təsir göstərdiyini qeyd edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir