23 oktyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY
Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY
25.05.2017, 18:02

O, 1881-ci ildə Gəncədə anadan olub. Ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Gəncədə ruhani məktəbində  alıb. 1902-ci ildə Odessaya gedərək, hüquq fakültəsində daxil olub. Nəriman Nərimanovun tələbə yoldaşı idi. Baxmayaraq ki, Nərimanov tibb, Nəsib bəy isə hüquq  üzrə təhsil alırdı, amma onlar çox yaxşı dost olublar. Onlarla birlikdə daha bir azərbaycanlı Xosrov bəy Sultanov da Odessada təhsil alıb. Bu üç tələbə sonradan Azərbaycanın ictimai-siyasi həyatında,  dövlət quruculuğunda çox müstəsna rol oynayıblar. Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru olub. Azərbaycanın ilk hərbi naziri olsa da,  sonradan nazirlik Qafqaz İslam ordusunun Azərbaycana gəlişi səbəbindən ləğv olundu. Amma mülki qiyafədə ilk dəfə nazir o olmuşdu.

Modern.az Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ən fəadakar simalarından olan, faciəvi və müəmmalı ölümü ilə də  yadda qalan AXC  baş naziri Nəsib bəy Yusifbəyli haqqında bir neçə maraqlı fakı təqdim edir:

Osmanlı jurnalisti ilə müsahibə

Azərbaycana 1918-ci ildə reportaja gələn Osmanlı dövlətinin jurnalisti ilə Azərbaycan Cümhuriyyətinin 2-ci baş naziri Nəsib bəy Yusifəbəylinin arasında maraqlı  dialoq yaşanır. Bu o zaman idi ki, hələ AXC yeni qurulmuşdu və hökumət Bakıya köçməmişdi. Bir sözlə, vəziyyət ağır idi. Belə məqamda Nəsib bəy AXC-nin mövqeyini ortaya qoyan sözlərlə türk jurnalistə müraciət edir:

Nəsib bəy: - Azərbaycana bir türk ordusu gələ bilər və lazımdır da. Ancaq qorxduğumuz bir mətləb var, türklər bizi İstanbuldan idarəyə qalxmasınlar. Bizim ədəmi-mərkəziyyət üzərinə qurulmuş proqramınız vardır, ona uymaq gərəkdir.

Jurnalist: - Siz bu ədəmi mərkəziyyət üsulunu rus idarəsinə qarşı irəli sürmüş bulunuyorsunuz. Türklərə gəlincə, onların ruslardan bir fərqi olmayacaqmı? Bu ədəmi-mərkəziyyətə nə lüzum var?

Nəsib bəy: - Azərbaycanın sosial yapısı tam başqadır. Bakı bir industri və işçi mərkəzidir. Sultan rejimi buradakı əhvala uymaz. Biz xalqın sinif və təbəqəsinin müsavatı üzərinə dayanan bir hökumət qurmaq fikrindəyiz. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son verəcəyiz. Milliyyətçi və demokratik bir idarə istiyoruz. Halbuki,  Osmanlı padşahlığı rejim etibarı ilə çarlıq idarəsindən fərqsizdir. Əlbəttə ki, bu konu irq məhfumundan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri azəri türklərinin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə ediləməz, bunun üçün Müsavat firqəsinin ədəmi mərkəziyyət prinsipi Osmanlı idarəsinə qarşı da var olmalıdır ( Baykara H. Azərbaycan istiklal mücadelesi tarihi. İst., 1975 s.269-270).

Vallah, billah, yox yoxdu”

1919-cu il... Təsəvvür edin ki, Nəsib bəy baş nazir ola-ola yaşamaq üçün atasından borc pul istəyir. Bu tərəfdən də Cümhuriyyətin Ukraynadakı diplomatik nümayəndəsi olan Yusif Vəzir Çəmənzəminli oradakı həmvətənlərimizin ağır həyat şəraitini Nəsib bəyə çatdırır və ondan, Azərbaycan dövlətindən bir kömək istəyir. Ən maraqlı məqam isə budur ki, həmin vaxt səfir olmasına baxmayaraq, Yusif Vəzirin özü də məvacib almırdı. Kirayə qaldığı evin pulunu belə, zorən ödəyirdi.

“Mənə məvacib təyin edin. Heç olmasa kirayə pulunu verə bilim”- deyə müraciət etmişdi.

Yusif Vəzirə tapşırılan əsas missiya Ukrayna ilə Azərbaycan arasında münasibətləri bərpa etmək və Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini orda təbliğ etmək idi. Yusif Vəzir işə çox həvəslə başlayır. Simferopolda olarkən səfir təyin edilir. Səfir təyin olunması barədə etimadnamə ona gedib çatmır. Çünki Xarici İşlər Nazirliyinin diplomatik kuryeri etimadnamə ilə birgə 8000 manat pulu səhvən Kiyevə aparır. Yollar və Kiyevdəki vəziyyət təhlükəli olduğundan işin arxasınca getmirlər. Yusif Vəzir mədəniyyətin və ədəbiyyatın təbliğində aktiv fəaliyyətə başlasa da, bəzi çətinliklər - ev və maliyyə problemi onun işini zora salır. Qeyd edək ki, hökumət diplomatik nümayəndə kimi ona maaş təyin etməmişdi. Buna görə də Yusif Vəzir hətta kirayə qaldığı evin pulunu verə bilmirdi. Bu haqda o, Cümhuriyyətin Xarici İşlər Nazirliyində Odessadan göndərdiyi məktubunda yazırdı: 

“Xahiş edirəm tutduğum vəzifəyə görə mənə məvacib verəsiniz, işçilərin ştatını isə özüm sizə yollayacağam. Odessada pulsuz bir vəziyyətdə yaşayıram. Ayda 1200 manat mənzilpulu verirəm, çörəyin girvənkəsi isə 20 manatdır”.

Nəsib bəy əfsuslar olsun ki, onun bu xahişini yerinə yetirə bilmir. Amma Yusif bəy onunla görüşəndən sonra İstanbulu, Avropanı və oradakı universitetləri çox tərifləyir. Azərbaycanlı tələbələrin orada təhsil almasının vacibliyini vurğulayır. Nəsib bəy bu yolda əlindən gələni əsirgəmir. “Cümhuriyyətin məşhur 100 tələbəsi”nin xaricə göndərilməsinin ideyasını o verir və bu işdə müstəsna xidmətlər göstərir.

Xain plan


1920-ci il 28 aprel çevrilişindən sonra Nəsib bəy öldürüləcəyini bilib Gürcüstana keçmək istəyir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən çoxu yenidən təşkilatlanmaq və bolşeviklərə qarşı mübarizəni təşkil  etmək üçün Gürcüstana yerləşmişdi.  O zaman Gürcüstan hələ sovetləşməmişdi, bolşeviklərin nəzarətində deyildi. Nəsib bəy sürücüsü ilə yola çıxır. Yevlaxdan Qarxunlu Əşrəf bəy adlı çox mötəbər bir bəy vasitəsilə Gürcüstana  keçmək istəyir. Əşrəf bəy çox adlı-sanlı bir adam idi və son dönəmdə parlamentin üzvü də olmuşdu. Lakin Nəsib bəy sürücüsü ilə yolda  gedərkən onları izləyən  bolşevik xəfiyyələri  tərəfindən qarşısı kəsilir. Nəsib bəy Cümhuriyyətin aparıcı şəxsi olduğundan, böyük nüfuza sahibləndiyindən onun aradan götürməsinin planını qururlar. Yolda onların qarşısını kəsib maşını gülləbaran edirlər. Bu hadisə Kürdəmirdə baş verir. Nəsib bəy ölür, amma sürücü ağır yaralansa da, aradan çıxır.
Nəsib bəyin də  cəsədini maşından çıxarıb bir tərəfə atırlar. Bolşeviklər elə bilirlər ki, Nəsib bəyin çamadanında qızıl, bahalı əşyalar, pul,  Cümhuriyyətin varidatı ola bilər. Açanda görürlər ki, orda çamadanda bir dəst köynək, diş fırçası yəni, gündəlik lazım olan bir-iki əşya var.

Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kriminal avtoritet həbsdə ölüb
23.10.2017, 11:38

Kriminal avtoritet həbsdə ölüb

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ   
23.10.2017, 11:35

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ  

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu
23.10.2017, 11:29

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək   
23.10.2017, 11:28

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək  

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ
23.10.2017, 11:06

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb
23.10.2017, 11:00

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI   
23.10.2017, 10:58

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI  

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu
23.10.2017, 10:54

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu

Elmar Məmmədyarov İtaliyaya getdi
23.10.2017, 10:54

Elmar Məmmədyarov İtaliyaya getdi

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi
23.10.2017, 10:45

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI
23.10.2017, 10:34

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
23.10.2017, 10:28

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq   
23.10.2017, 10:25

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq  

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR
23.10.2017, 10:17

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

İlin rekordu və ilin ixtisası
23.10.2017, 10:15

İlin rekordu və ilin ixtisası

Neft BAHALAŞDI 
23.10.2017, 10:13

Neft BAHALAŞDI 

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü
23.10.2017, 10:01

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB
23.10.2017, 10:01

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
23.10.2017, 09:48

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR

Ermənistan atəşkəsi 132 dəfə pozdu    
23.10.2017, 09:41

Ermənistan atəşkəsi 132 dəfə pozdu  

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...   
23.10.2017, 09:19

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...  

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO   
23.10.2017, 09:14

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO  

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək
23.10.2017, 09:05

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb
23.10.2017, 08:56

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  
23.10.2017, 08:48

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
23.10.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu
23.10.2017, 00:37

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu

Bakıda məhkum həbsxanada evləndi - Foto
23.10.2017, 00:18

Bakıda məhkum həbsxanada evləndi - Foto

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib
22.10.2017, 23:56

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib

Polad Bülbüloğlu mükafatlandırılıb
22.10.2017, 23:36

Polad Bülbüloğlu mükafatlandırılıb

Hülusi Akar ABŞ-a getdi
22.10.2017, 23:19

Hülusi Akar ABŞ-a getdi

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq
22.10.2017, 23:01

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq

Torpaqların elektron kadastr uçotuna başlanılıb
22.10.2017, 22:43

Torpaqların elektron kadastr uçotuna başlanılıb

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək
22.10.2017, 22:29

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib
22.10.2017, 22:24

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(24.3%)
“Azərsu”(9.34%)
“Azəristiliktəchizat”(3.25%)
Heç biri(57.7%)