Modern.az

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25 May 2017, 20:01

Yevlax rayonunun Xanabad kəndində su anbarında çimərkən batan şəxsin cəsədi tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bogulan şəxs 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlu olub. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 18:48-də başa çatıb.

 

18:58

 

Mingəçevirdə su anbarında bir nəfər  batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

 

Əlavə məlumat veriləcək.   

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür