Modern.az

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25 May 2017, 20:14

Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun yaydığı məlumatda deyilir.

Bildirilir ki, həftə ərzində “Kavkasioni” elektrik enerjisi xətti ilə Rusiyaya sutkada 5 mln. kilovatt elektrik enerjisi ixrac olunub.

Qeyd edək ki, Gürcüstan Türkiyəyə sutkada 2,78 mln. kilovatt, Ermənistana isə 0,7 mln. kilovatt elektrik enerjisi satır.

Operator bildirir ki, mayın 10-dan etibarən Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi