Modern.az

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25 May 2017, 20:29

"Dağlıq Qarabağdakı status-kvo kövrəkdir". Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu Avroparlamentin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister Yerevanda deyib.

O, bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq əsasında uzunmüddətli həlli zəruridir. Avropa İttifaqı (Aİ) tərəfləri atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə həlli üçün öz öhdəliklərinə əməl etməyə çağırır, Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyir.

Makallister qeyd edib ki, Brüssel münaqişə zonasında silahlanma yarışından, qarşıdurma ritorikasından və təmas xəttində insan ölümünə səbəb olan insidentlərdən narahatdır.

Onun sözlərinə görə, Aİ tərəfləri danışıqları Minsk qrupunun təklifləri əsasında şərtsiz bərpa etməyə çağırır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə! Qazaxın kəndlərində döyüş hazırlığı başladı