Modern.az

Sabiq baş nazirin avtomobili partladıldı

Sabiq baş nazirin avtomobili partladıldı

25 May 2017, 21:34

Yunanıstanda sabiq baş nazir Lukas Papadimosun avtomobili partladılıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində baş nazir daxil olmaqla 4 nəfər yaralanıb.

Məlumata görə, hazırda sabiq baş nazirin həyatı üçün heç bir təhlükə yoxdur: "Papadimos xəstəxanadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur. Minalanmış paket partlayıb. Partlayış avtomobildə olub, baş naziri müşayiət edən 3 nəfər də yaralanıb".

Qeyd edək ki, Papadimos Yunanıstanın baş naziri vəzifəsində 2011-ci ilin 11 noyabrından 2012-ci ilin 16 mayına qədər çalışıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir