Modern.az

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

Aktual

25 May 2017, 23:01

Almaniya kansleri Türkiyə prezidentindən jurnalisti azad etməyi xahiş edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Angela Merkellə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Brüsseldə görüşüb. NATO sammiti çərçivəsində bir araya gələn liderlər İncirlik aviabazası ilə də bağlı müzakirələr aparıblar. Görüşdə Angela Merkel hazırda Türkiyədə həbsdə olan alman jurnalist Dəniz Yücəlin azadlığa buraxılmasını Ərdoğandan xahiş edib.

Qeyd edək ki, Almaniyanın məşhur mətbu orqanlarında sayılan “Di Velt”in Türkiyə üzrə nümayəndəsi Dəniz Yücəl 2017-ci ilin 14 fevralında terror təbliğatı aparmaq ittihamı ilə həbs edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir